Macarıstan baş naziri İrakli Ğaribaşvilini vəzifəyə təyin olunmasını təbrik edir
Macarıstan baş naziri İrakli Ğaribaşvilini vəzifəyə təyin olunmasını təbrik edir

Macarıstan baş naziri, Viktor Orban Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilini vəzifəyə təyin olunması münasibətilə təbrik edir. Məlumatı Gürcüstan hökuməti administrasiyasının mətbuat xidməti yayır.

Rəsmi təbrikdə qeyd olunduğu kimi, pandemiya ilə əmələ gələn çətinliklərə baxmayaraq, Macarıstan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir.

“Gürcüstanın baş naziri vəzifəsinə təyin olunmanız münasibətilə sizi təbrik edirəm. Sevinirəm ki, pandemiya ilə əmələ gələn çətinliklərə baxmayaraq, Macarıstan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir. Əminəm ki, ölkələrimiz arasında ikitrəfli hörmət və dostluğa əsaslanan əməkdaşlığın dərinləşdirilməsi millətin marağındadır. Sizi əmin edirəm ki, mənim hökumətim Gürcüstanın avroatlantik strukturlarına inteqrasiya cəhdlərinin dəstəkləyicisi olaraq qalacaq. Sizə sağlamlıq və məsuliyyətli məqsədlərin həll olunmasında uğurlar arzulayıram!”, – rəsmi təbrik məktubunda deyilir.