Con Bolton - Donbas və Krım məsələsi yalnız Avropa mövzusu deyil
Con Bolton - Donbas və Krım məsələsi yalnız Avropa mövzusu deyil

ABŞ hazırdır istənilən formata qoşulsun ki, Ukraynada prosesin sülh yolu ilə tənzimlənməsində iştirak etsin, – bu barədə Amerika Birləşmiş Ştatları prezidentinin məsləhətçisi Con Bolton Ukrayna prezidenti ilə görüşdən sonra bəyan etdi.

Boltonun dediyinə görə, sülh danışıqları formatı barəsində məsələ Böyük Yeddiliyin zirvə toplantısında müzakirə olundu.

“Onlar gələcək görüşü bu formatda hazırlayırlar, lakin buna hazırlama lazımdır. ABŞ hazırdır istənilən formata qoşulsun ki, Ukraynada prosesin sülh yolu ilə tənzimlənməsində iştirak etsin. Donbas və Krım məsələsi yalnız Avropa mövzusu deyil. Bu qlobal məsələdir. Avropada sülh və təhlükəsizlik bizim üçün önəmli məsələ olaraq qalır. Buna görə, əgər prezident Zelenski hesab etsə ki, bu vəziyyətdən çıxış yolunun axtarılmasında iştirak etməliyik, biz bu imkanı müzakirə etməliyik”, – Bolton bəyan etdi.