Gürcüstanın Birinci Kanalı binasından əməkdaşların təxliyyəsi həyata keçirildi
Gürcüstanın Birinci Kanalı binasından əməkdaşların təxliyyəsi həyata keçirildi

Gürcüstanın Birinci Kanalının qaynar xəttinə az öncə bombanın olması barəsində zəng daxil oldu.

Buna görə, Gürcüstanın Birinci Kanalı binasından əməkdaşların təxliyyəsi həyata keçirildi.

Kanalın administrasiyası DİN-ə müraciət etdi və hazırda Gürcüstanın Birinci Kanalı binasında müvafiq xidmətlər işləyirlər.

Gürcüstanın Birinci Kanalının tele və radio efiri əngəllər olmadan davam edir.