Qonşularının bəyan etdiklərinə görə, bu gün DTX tərəfindən yaxalanmış Zurab İdoidze yaxın günlərdə Kanadaya getməyi planlaşdırırdı
Qonşularının bəyan etdiklərinə görə, bu gün DTX tərəfindən yaxalanmış Zurab İdoidze yaxın günlərdə Kanadaya getməyi planlaşdırırdı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən terrorizmin maliyyələşdirilməsini, terror fəaliyyətinə başqa növlə maddi dəstəyin təmin edilməsi ittihamı ilə yaxalanan Zurab İdoidze, qonşularının dediyinə görə tamamilə günahsızdır.

“O, tamamilə günahsızdır. Bu iki gündə ailəsinin yanına, Kanadaya getməyi planlaşdırırdı”, – Birinci Kanala  Zurab İdoidzenin qonşuları bildirdilər.

Zurab İdoidzeni Axmetada yaxaladılar və sonra kənddə onun evində axtarış apardılar. Hazirda onun atasının dindirilməsi həyata keçirilir.

Qonşularının bəyan etdiklərinə görə, Zurab İdoidze türkiyəyə fındıq toplamağa gedirdi və terrorçular ilə əlaqəsi yox idi.

Elə onların məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onun evində leptopu apardılar.