Giorgi Qaxaria - "Teleməktəb" beynəlxalq səviyyədə qəbul edildi və önəmli faktdır ki, "Teleməktəb" etnik azlıqların dilində keçirilən layihədir
Giorgi Qaxaria - "Teleməktəb" beynəlxalq səviyyədə qəbul edildi və önəmli faktdır ki, "Teleməktəb" etnik azlıqların dilində keçirilən layihədir

Təhsil Nazirliyi İctimai Yayımçı ilə birlikdə elə bir format yaratdı, hansı ki, sadəcə Gürcüstanda deyil, beynəlxalq səviyyədə populyar oldu, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria təhsil sahəsi ilə bağlı təqdimatda verdi.

Onun dediyinə görə, Təhsil Nazirliyi çox tez mobilizasiya edə bildi və distansiyalı onlayn-dərslər sistemi yaratdı, ancaq təbii ki, interneti olmayan insanlar da var. Ona görə də, dərslər Birinci Kanalın efirində keçirilir.

Baş nazirin dediyinə görə, onlayn-dərslər vasitəsi ilə, təhsil prosesi normal rejimdə davam etdi və məktəb şagirdləri bu tədris ilini hər zamanki kimi iyunun 15-də başa çatdıracaqlar.