Giorgi Qaxaria - Gürcüstanın Yurisdiksiyası altında olan heç bir ərazidə polisin qanuni hərəkətlərini kimsə məhdudlaşdıra bilməyəcək
Giorgi Qaxaria - Gürcüstanın Yurisdiksiyası altında olan heç bir ərazidə polisin qanuni hərəkətlərini kimsə məhdudlaşdıra bilməyəcək

Polisin fəaliyyət arealını məhdudlaşdırmaq cəhdləri var, – Bu barədə bəyanatı Daxili İşlər Naziri Giorgi Qaxaria parlamentdə çıxış edərkən verdi.

Nazirin dediyinə görə, Gürcüstan yurisdiksiyası altında olan heç bir ərazidə polis qüvvələrinin işinə müdaxilə və maneə yaradılmasına izin verilməyəcək.

“Ölkədə müəyyən yerlərdə polisin qanuni hərəkətlərini məhdudlaşdırmaq cəhdləri var, gah coğrafi bölqələrdə, gah klublarda, səhnələrdə və sairə. Yenə deyirəm, hər kəs anlamalıdır ki, polisin qanuni fəliyyətinə maneə yaratmaq və məhduduyyətlər qoymağa imkan verilməyəcək” – dedi Giorgi Qaxaria.

Qaxaria ölkə vətndaşlarına müraciət etdi ki, işğal xətti və sərhəd kimi sensitiv mövzulara daha böyük vətəndaş məsuliyyəti ilə yanaşsınlar.

“Ölkənin təhlükəsizliyi hansısa sosiyal qrupun marağı deyil, ölkə təhlükəsizliyi hərhansı siyasi maraqdan üstündür. Ona görə də, vətənpərvərlik kimi yüksək dəyərlərdən danışarkən, ölkəmizin təhlüksizliyini də nəzərə almalıyıq” – dedi Qaxaria.

Daxili İşlər Nazirini parlamentdə “Nazir saatı” formatında dinlədilər.