Giorgi Qaxaria - Biriləri üçün diskomfort yaratdığımız zaman, yenə üzr istəyəcəm
Giorgi Qaxaria - Biriləri üçün diskomfort yaratdığımız zaman, yenə üzr istəyəcəm

Üzr istənilməsi gərəkən zaman, və yaxud kimlər üçünsə diskomfort yaratdığımız zaman yenə üzr istəyəcəyik, – bu bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria “Vətənpərvərlər alyansı” fraksiyasının iclasında verdi.

Deputat Giorgi Lomaia nazirdən, gecə klublarındaki xüsusi əməliyyat məsələsində nəyə görə üzr istədiyi barədə sual verdi.

“Xüsusi əməliyyat müvəffəqiyyətli keçdi. Mən həbs edilən narkorealizatorlardan üzr istəmədim, mən sadəcə, xüsusi əməliyyatın keçirildiyi gecə klubunda əylənən gənclərə polis tərəfindən diskomfort verilməsi üçün üzr istədim. Üzr istəmək lazım olsa və yaxud vətəndaşlar üçün yenə diskomfort yaratsaq, yenə üzr istəyəcəyik” – dedi Giorgi Qaxaria.