Giorgi Qaxaria 20 iyun haqqında - Heç bir siyasətçi o gecənin nəticələrinə görə, mənim qədər pərişan ola bilməzdi
Giorgi Qaxaria 20 iyun haqqında - Heç bir siyasətçi o gecənin nəticələrinə görə, mənim qədər pərişan ola bilməzdi

“Milli Hərəkat” tərəfindən Mako Qomurinin halından istifadə edərək, özlərinə siyasi bal yığmağa çalışmaları bir daha təsdiqləyir ki, onlar illər ərzində ictimaiyyəti yalanlar içində saxlayırdılar, – bu bəyanatı baş nazir namizədi Giorgi Qaxaria “Milli Hərəkat”-ın üzvlər ilə görüşdüyü parlament iclasının başa çatmasımndan sonra medya ilə danışarkən verdi.

“Həqiqət odur ki, iyunun 20-də insanlar sakit bir mitinq keçirirdilər, ancaq məsuliyyətsiz siyasətçilər o aksiyayı dövlət institutuna edilən hücuma çevirdilər. Təəssüf ki, bunun nəticəsində vətəndaşlarımız zərər gördülər. İnanın ki, heç bir siyasətçi o gecənin nəticələrinə görə, mənim qədər pərişan ola bilməz.

İki vətəndaşımız gözünü itirdi, məsuliyyətsiz müxalifət isə, bu vəziyyətdən siyasi məqsədləri üçün istifadə etməyə çalışır. Biz dövlət institutlarına hörmət etməliyik və ictimaiyyətlə spektakl tamaşaları qoyaraq danışmamalıyıq” – dedi Giorgi Qaxaria.

Xatırladaq ki, “Milli Hərəkat” fraksiyasının üzvləri bugün parlament iclasında baş nazir və digər nazir namizədlərini dinləyirdilər.