Fransaya getmək istəyənləri Gürcüstanın hava limanında Fransa tərəfi də yoxlayacaq
Fransaya getmək istəyənləri Gürcüstanın hava limanında Fransa tərəfi də yoxlayacaq

Fransanın emiqrasiya xidmətinin nümayəndələri Gürcüstanda, Gürcüstan nümayəndələri isə, Parisdə və Gürcüstan və Fransa arasında təyyarə reyslərinin həyata keçirildiyi digər şəhərlərində olacaqlar, – bu barədə bəyanatı Gürcüstanın Daxili İşlər Naziri Giorgi Qaxaria verdi.

Giorgi Qaxaria qeyd etdi ki, vizasız gediş-gəliş son on il ərzində Gürcüstanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir və Gürcüstan onu itirmək istəmir.

“Ölkəmizin inkişafı üçün vizasız rejimin nə qədər önəmli olduğunu dərk edən Fransalı həmkarlarımıza təşəkkür edirəm” – dedi Giorgi Qaxaria.

Qaxarianın dediyinə görə, bu nailiyyət təhlükə altında deyil ancaq, onun qorunması üçün müəyyən addıımların atılması gərəkdir.

Giorgi Qaxaria ilə bərabər mətbuat konfransı keçirən Fransalı həmkarı Kristof Kastaner bəyan etdi ki, bu addımların atılması üçün ölkələr arasında birgə əməkdaşlıq davam edir.

“Gürcüstanla vizasız gediş-gəlişin dayandırılması haqqında söz etmədim, çünki əməkdaşlığımız davam edir, ancaq belə bir ehtimal da var”, – dedi Fransanın Daxili İşlər Naziri Kristof Kastaner, Gürcüstanlı həmkarı Giorgi Qaxaria ilə görüşdən sonra keçirilən birgə brifinqdə.

Fransa Daxili İşlər Naziri bu bəyanatı jurnalistin sualına cavab olaraq, verdi. Jurnalist soruşdu ki, Fransa Gürcüstandan gələn emiqrasiya fonunda, Gürcüstanla vizasız gediş-gəliş rejiminin dayandırılması məsələsini müzakirə edir ya yox?

Kristofer Kastanerin dediyinə görə, gürcü tərəfi ilə bu məsələ ilə bağlı əməkdaşlıq davam edir.