Dünya Bankı layihəsi çərçivəsində, Gürcüstan 1 000 ədəd oksigen konsentratorunu qəbul etdi
Dünya Bankı layihəsi çərçivəsində, Gürcüstan 1 000 ədəd oksigen konsentratorunu qəbul etdi

Səhiyyə nazirinin məlumatına görə, Gürcüstan 1 000 ədəd oksigen konsentratorunu qəbul etdi. Bu barədə Ekaterine Tikaradze koordinasiya şurası iclasının başa çatmasından sonra keçirilən brifinqdə bəyan etdi.

Nazirin dediyinə görə, konsentratorların klinika və mehmanxanalara paylanılmasına artıq başlanıb.

“Dünən, Dünya bankı layihəsi çərçivəsində həyata keçirilən satınalmaların əsas hissələrindən birinin gəlməsi başa çatdı. Bu mərhələ üçün ölkədə artıq 1 000 ədəd oksigen konsentratorunu qəbul etmişik və paylanılmasına artıq başlamışıq. Bu da, bölgələrə əsasən lazım olan bütün klinika və mehmanxanalara paylanılacaq. Əminəm ki, bu, pasiyentlərimizin sağlamlıq vəziyyətində əhəmiyyətli dərəcədə əks olunacaq”, – Tikaradze bəyan etdi.