DTX terorizmə yardım etmək işi ilə bağlı ittiham edilən və Ahmed Çatayev ilə bərabər Türkiyə-Gürcüstan sərhədini keçən Ruslan Şavadzeyi həbs etdi,

Dövlət Təhlükəsizliyi Xidmətinin Kontr-terorist Mərkəzinin əməkdaşları, Daxili İşlər Nazirliyinin Acara polis departamentinin əməkdaşları ilə bərabər həyata keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində, avqustun 9-da, Batumidə, terorizmə yardım etmək işi ilə bağlı ittiham edilən və Ahmed Çatayev ilə bərabər Türkiyə-Gürcüstan sərhədini keçən, 1997-cı il təvəllüdlü Ruslan Şavadzeyi həbs etdi,  – bu barədə məlumatı keçirdiyi brifinqdə DTX-nın nümayəndəsi Nino Giorqobiani verdi.

Qabriel Salosi küçəsində keçirilən, Ahmed Çatayevin öldürüldüyü xüsusi əməliyyat başlayana qədər Ruslan Şavadze yaşadığı mənzildən çıxmışdı və aylarca gizlənirdi.

Mövcud olan məlumata görə, Ruslan Şavadze 2016-cı ilin sentyabr ayında, yaşıl xəttdən istifadə edərək, Maradidi kəndinin yaxınlığında, qeyri-qanuni şəkildə Gürcüstan sərhədini pozdu və Türkiyə tərəfində keçdi. Daha sonra Ruslan Şavadze Suriyə-İraq ərazisində olan Ahmed Çatayevin qruplaşmasına qoşuldu.

Müəyyən müddətdən sonra isə, Ahmed Çatayevlə bərabər Türkiyəyə getdi.