Dövlət Təhlükəsizliyi Xidməti - Kimsəyə ölkədə destabilizasiya yaratmağa imkan verməyəcəyik
Dövlət Təhlükəsizliyi Xidməti -  Kimsəyə ölkədə destabilizasiya yaratmağa imkan verməyəcəyik

Kimsəyə ölkədə destabilizasiya yaratmağa imkan verməyəcəyik, – bu barədə bəyanatı Birinci Kanala Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Nino Giorqpbiani verdi.

Onun dediyinə görə, DTX-nin prioriteti, seçkilərin təhlükəsiz və demokratik mühitdə keçirilməsinin təmin edilməsi üçün əlindən gələni etməkdir.

“Son zamanlar operativ siqnallar daxil olur ki, kütləvi yığıncaq yerlərində provokasiyalar planlaşdırılır. Operativ-profilaktika tədbirləri nəticəsində belə cəhdlərin tez-zamanda qarşısı alınır. Bu istiqamətdə Daxili İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə prevensiya tədbirləri aparılır və kimsəyə ölkədə destabilizasiya yaratmağa imkan verməyəcəyik” – dedi Nino Giorqobiani.

Daxili İşlər Naziri Giorgi Qaxaria gözlənilən destabilizasiya ilə bağlı dünən şərh verdi.

Onun dediyinə görə, o DTX əməkdaşları ilə bərabər provokasiyaların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər gördü.