Baş Prokurorluq Nika Melianın həbs edilməsi üçün parlamentdən razılıq istəyir
Baş Prokurorluq Nika Melianın həbs edilməsi üçün parlamentdən razılıq istəyir

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Nikanor Melia ilə bağlı ittihamnamə irəli sürülüb.

Bugün keçirilən brifinqdə bəyan edildi ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamenti 2019-cu ilin 20-21 iyun tarixində, parlamentin qabağında keçirilən aksiyada, qrup zorakılığının təşkili və onda iştirak etmək faktı ilə bağlı, cinayət məcələsinin 225-ci maddəsi ilə istintaq aparır.

Qeyd olunan istintaq çərçivəsində, zorakılıq edərək, polisə daşlar ataraq, hücüm edən şəxslərin identifikasiyası həyata keçirilir və onlardan birinin “Milli Hərəkat”-ın üzvü Nikanor Melianın olduğu aşkarlandı.

Qeyd olunan şəxslərin cəza tədbirləri ilə bağlı yaxın günlərdə qərar veriləcək” – deyilir Prokurorluğun bəyanatında.