Nika Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsində 14:00-da müzakirə aparılacaq
Nika Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsində 14:00-da müzakirə aparılacaq

Nika Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsində bugün saat 14:00-da müzakirə aparılacaq.

Meliaya veriləcək cəza tədbiri haqqında müzakirəyi hakim Temur Qoqoxia aparacaq.

Xatırladaq ki, baş prokurorluq “Milli Hərəkatın” üzvü Nika Melianın həbs edilməsini tələb edir.

Prokuroluğun keçirdiyi brifinqdə deyildi ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamenti 2019-cu ilin 20-21 iyun tarixində, parlamentin qabağında keçirilən aksiyada, qrup zorakılığının təşkili və onda iştirak etmək faktı ilə bağlı, cinayət məcələsinin 225-ci maddəsi ilə istintaq aparır.

Qeyd olunan istintaq çərçivəsində, zorakılıq edərək, polisə daşlar ataraq, hücüm edən şəxslərin identifikasiyası həyata keçirilir və onlardan birinin “Milli Hərəkat”-ın üzvü Nikanor Melianın olduğu aşkarlandı.