Azərbaycanın növbədənkənar Parlament seçkilərində saat 12:00 üçün fəallıq 27 faizi təşkil etdi

Azərbaycanda növbədənkənar Parlament seçkilərində saat 12:00 üçün fəallıq 27 faizi təşkil etdi. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Seçki Komissiyası yaydı.

Elə onların məlumatına görə, bu vaxt üçün pozuntular qeydə alınmayıb.

Azərbaycan prezidenti, İlham Əliyev növbədənkənar Parlament seçkilərində iştirak etdi. O, Bakının altı saylı seçki məntəqəsində öz seçimini etdi.

Gürcüstanın Birinci Kanalının çəkiliş qrupu Bakıdadır və seçki prosesini işıqlandırır.

Seçki məntəqələri Tbilisi vaxtı ilə saat 19:00-da bağlanacaq. Eqzitpolun nəticələri məhz elə bu vaxtı məlum olacaq.

Şərh yaz