Avropa İttifaqı "Şərq Tərəfdaşlığına" üzv ölkələrdə, onlar arasında Gürcüstanda infrastruktur layihələri üçün 13 milyard avro xərcləməyi planlaşdırır
Avropa İttifaqı "Şərq Tərəfdaşlığına" üzv ölkələrdə, onlar arasında Gürcüstanda infrastruktur layihələri üçün 13 milyard avro xərcləməyi planlaşdırır
Avropa İttifaqı “Şərq Tərəfdaşlığına” üzv ölkələrdə, onlar arasında Gürcüstanda infrastruktur layihələri üçün 13 milyard avro xərcləməyi planlaşdırır

Avropa İttifaqının press-xidmətinin verdiyi məlumata əsasən, bu məbləğ, 4800 kilometr uzunluğunda avtomobil və dəmiryollarının, eləcə də, liman, hava limanlarının, gömrük məntəqələrinin quraşdırılmasını nəzərdə tutur.

Press-relizdə deyilir ki, “Şərq Tərəfdaşlığına” üzv ölkələri – Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan və Ermənistanda infrastrukturun inkişafı, həmin ölkələrin iqtisadi inkişaf və iş yerlərinin yaranmasına imkan yaradacaq.

Eləcə də qeyd olunur ki, bəzi layihələrin sonlanması 2020, bəzisinin isə 2013-cu il üçün planlaşdırılır.

Layihəni Avropa Komissiyası və Dünya Bankı birgə həyata keçirəcəklər.

 

Şərh yaz