Aleksandr Lukaşenko - bizim sistemimiz müəyyən dərəcədə avtoritardır
Aleksandr Lukaşenko - bizim sistemimiz müəyyən dərəcədə avtoritardır

Aleksandr Lukaşenkonun dediyinə görə, Belarusun ictimai sistemi müəyyən dərəcədə avtoritardır. Bu barədə Belarus prezidenti ölkənin Ali Məhkəməsinin sədri ilə görüşü zamanı bəyan etdi. Məlumatı “Belta” dövlət informasiya agentliyi yayır.

Onun dediyinə görə, o cür sistemin yaradılması vacibdir ki, konkret şəxslərə bağlanmış olmasın.

Lukaşenko onu da dedi ki, “Belarus məhkəmələri ən müstəqildir”.

Həmin görüşdə Belarus prezidenti bəyan etdi ki, ölkə 1994-cü il konstitusiyasını qaytarmayacaq.

Xatırladaq ki, ona qədər Belarusun 1994-cü il konstitusiyasının geri qaytatılmasını müxalifət tələb etdi. Həmin konstitusiyaya əsasən, prezident vəzifəsini eyni insan yalnız iki dəfə tuta bilər.