Minsk və Belarusun başqa şəhərlərində hökumətə qarşı aksiyalar planlaşdırılıb
Minsk və Belarusun başqa şəhərlərində hökumətə qarşı aksiyalar planlaşdırılıb

Belarusda aksiyalar davam edir. Minsk və Belarusun başqa şəhərlərində bu gün hökumətə qarşı aksiyalar planlaşdırılıb.

Təşkilatçıların dediyinə görə, polis aksiya iştirakçılarını kütləvi şəkildə yaxaladığına görə, etiraz aksiyalarının formatı dəyişəcək. Bu dəfə əhali Lukaşenko hakimiyyətinə öz evlərindən və həyətlərindən etiraz edəcəklər və şəhərin mərkəzinə toplaşmayacaqlar.

Bu günki aksiya hökumətlə rəsmi olaraq razılaşdrılmayıb.

Belarusda prezident seçkiləri 9 avqustda keçirildi. Ölkənin Mərkəzi Seçki Komissyasının rəsmi göstəriciləri ilə, seçkilərdə hazırkı prezident, Aleksandr Lukaşenko qalib gəldi. Müxalifət və onların tərəfdarları seçkilərin nəticələrini tanımırlar.