Belarusda növbəti etiraz aksiyası zamanı 300 aktivisti yaxaladılar

18:42, 08.11.2020

Belarusda növbəti etiraz aksiyası zamanı 300 aktivisti yaxaladılar. Məlumatı “Vesna” hüquqmüdafiəçi təşkilatı nümayəndələri yayırlar.

Belarus mediasi yayzır ki, yaxalanalar arasında Miss Belarus müsabiqəsinin 2008-ci ilin qalibi Olqa Xijenkova, həmçinin, “Brest Dinamosu” futbol klubunun keçmiş mətbuat katibi və bir neçə foto-korespondent də var.

Belarusda etiraz aksiyaları 9 avqust prezident seçkilərindən sonra dayanmır. Müxalifət prezident, Aleksandr Lukaşenkonun istefasını və seçkilərin yenidən keçirilməsini tələb edir.

Oxşar