Medianın məlumatına görə, Minskdə bir neçə metro stansiyası işini dayandırdı, internet əngəllərlə işləyir

14:10, 15.11.2020

Belarus paytaxtı Minskdə etiraz aksiyası davam edir. Yerli medianın məlumatına görə, Minskdə bir neçə metro stansiyası işini dayandırdı, internet əngəllərlə işləyir.

Tut.by-nın məlumatına görə, şəhərin bir neçə məhəlləsinə Daxili İşlər Nazirliyinin bölmələri səfərbər olunub.

Belarusda prezident seçkiləri 9 avqustda keçirildi. Ölkənin Mərkəzi Seçki Komissyasının rəsmi göstəriciləri ilə, seçkilərdə hazırkı prezident, Aleksandr Lukaşenko qalib gəldi. Müxalifət və onların tərəfdarları seçkilərin nəticələrini tanımırlar.

Oxşar