Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının rəhbəri vəzifəsinə ikinci dəfə seçildi

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının rəhbəri vəzifəsinə ikinci dəfə seçildi.

Bu qərar Madriddə, təşkilatın icraçı şurasının 113-cü sessiyasında verildi.

Zurab Pololikaşvili Dünya Turizm Təşkilatının rəhbəri vəzifəsinə ilk dəfə 2017-ci ildə seçilmişdi.

Bu Gürcüstan namizədinin önəmli bir beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə seçilməsinin ilk halı idi.

Ona qədər isə, 2009-2011-ci illərdə, Zurab Pololikaşvili Gürcüstanın İqtisadiyyat Naziri vəzifəsində işləyirdi. Daha sonra isə, İspaniyada Gürcüstan səfiri idi.