Zurab Melikişvili bəyan edir ki, büdcədən maliyyə almağı partiyalardan qanun tələb edir
Qanun bütün partiyalardan tələb edir ki, hər il maliyyələşdirilmə tələbi ilə müvafiq strukturlara müraciət etsinlər, – bu bəyanatı “Milli Hərəkatın” üzvü və Kvemo-Kartli bölqəsinin sabiq qubernatoru Zurab Melikişvili verib.
Onun bəyanatına görə, müxalifət partiyalarının maliyyələşdirilməsinin tək mənbəyi dövlət büdcəsidir, çünki biznesə onlarla ünsiyyət qadağan edilir.
“Partiyaların maliyyələşdirilməsi dövlət büdcəsindən gəlir, bu İvanişvilinin pulu deyil. Ona görə də, biz müvafiq idarələrə müraciət edib, maliyyəmizi istəyirik. Gürcüstanda bütün biznesmenlərə müxalifətə dəstək vermək qadağan edilir, ona görə də, maliyyə baxımından vəziyyətimiz ağırdır.
Qavrilovu parlament sədrinin kürsüsünə oturdan İrakli Kobaxidze çıxıb bizi maliyyə verməməklə təhdid edir, ancaq biz ona belə layiqsiz hərəkət etmək üçün hüquqi əsas verməyəcəyik.
Qanuna əsasən, müxalifət partiyaları dövlət büdcəsindən maliyyələşdirilmə tələb etməlidirlər və biz də müvafiq strukturlara müraciətimizi etmişik” – dedi Melikişvili.
Bu məsələ ilə bağlı müxalifət nümayəndələrinin fikir ayrılığı ilə bağlı isə, Melikişvili bəyan etdi ki, o hərkəsin individual qərarına hörmət edir.
Xatırladaq ki, maliyyə vəsaitini almaq üçün doqquz siyasi partiya Mərkəzi Seçki Komisiyasına müraciət etdi. Onların arasında seçkiləri boykot edib, parlamentə daxil olmaqdan imtina edən partiyalar da var.