Zurab Caparidzenin yeni partiyasının adı "Girçi daha çox azadlıq" olacaq
Zurab Girçi Caparidze bəyan edir ki, yeni partiyasının adı “Girçi daha çox azadlıq” olacaq.
Zurab Caparidze qeyd etdi ki, bugün yeni partiyanın təsis edilməsi ilə bağlı iclas keçiriləcək.
“İclasda formal məsələləri müzakirə edəcəyik. Partiya sədrini və siyasi şurayı seçəcəyik. Əslində bu seçkiləri onlayn formatda keçirdik və reestrə daxil edilməsi üçün, sadəcə formal şəkildə təsdiqlənməlidir” – dedi Zurab Caparidze.
Onun dediyinə görə, partiyanın sədri özü olacaq.
Yeni “Girçinin” köhnə “Girçidən” fərqinin nə olduğu sualına isə, Caparidze cavab verdi ki, bu partiya xalq üçün daha açıq platforma olacaq.
“Atributika, loqo və bayrağımız eyni olacaq. Seçki nömrələrimiz fərqli olacaq. Ama həqiqi “Girçinin” seçiciləri nömrəmizi asanlıqla tanıya biləcəklər” – dedi Zurab Caparidze.