Zurab Caparidze və "Qirçinin" 14 aktivistini 3000 lari ilə cərimələdilər, üç nəfəri isə, xırda xuliqanlıq və polisə müqavimət üçün yaxaladılar
Zurab Caparidze və "Qirçinin" 14 aktivistini 3000 lari ilə cərimələdilər, üç nəfəri isə, xırda xuliqanlıq və polisə müqavimət üçün yaxaladılar

“Qirçi” partiyasının lideri, Zurab Caparidze və partiyanın 14 aktivistini 3000 lari ilə cərimələdilər, üç nəfəri isə, xırda xuliqanlıq və polisə müqavimət göstərmək üçün yaxaladılar, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qirçi” partiyası tərəfindən bu gün, saat 14:00 radələrində, fövqəladə vəziyyətin ləğv olunması tələbi ilə aksiya keçirildi.

Gürcüstan hökumətinin 2020-ci il 23 mart 181 nömrəli qərarının 5-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq, fəvqəladə vəziyyət müddəti ərzində istənilən toplantı qadağandır.

Müvafiq olaraq, Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejiminin pozulmasına görə, Gürcüstan prezidenti dekretinin 8-ci maddəsinə müvafiq olaraq, “Qirçi” siyasi partiyasının lideri, Zurab Caparidze və partiyanın 14 aktivistini 3000 lari ilə cərimələdi, üç nəfər isə, Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə xırda xuliqanlıq və polisə müqavimət üçün yaxalanıb”, – DİN-in bəyanatında deyilir.