Zurab Azaraşvilinin sözlərinə əsasən, 2012-ci ildə əhalinin səhiyyə xidmətlərinə görə öz hesabına qarşıladığı 73,4%-lik ödəmə 2021-ci ildə 43,5%-ə enib
Zurab Azaraşvilinin sözlərinə əsasən, 2012-ci ildə əhalinin səhiyyə xidmətlərinə görə öz hesabına qarşıladığı 73,4%-lik ödəmə 2021-ci ildə 43,5%-ə enib

 

Səhiyyə sistemi üzrə dövlət xərclərinin artırılması və xidmətlərin effektiv planlaşdırılması çatımlılıq baxımından maliyyə maneələrini uğurla azaldıb, müvafiq olaraq xidmətlərdən istifadəni artırıb. 2012-ci ildə əhalinin səhiyyə xidmətlərinə görə öz hesabına qarşıladığı 73,4%-lik ödəmə 2021-ci ildə 43,5%-ə enib-bu barədə Səhiyyə naziri Zurab Azaraşvili parlamentdəki çıxışında bildirib.

Zurab Azaraşvilinin sözlərinə görə, bu günə olan vəziyyətə əsasən, əhalinin 94,7 faizi ümumi səhiyyə proqramı ilə əhatə olunub. Azaraşvili cari islahatlara dəstək olaraq səhiyyə istiqamətində dövlət xərclərinin təxminən 5 dəfə artdığını bildirib (2012-ci ildə 450 milyon lari, 2022-ci ildə isə 2541 milyon lari).

“Dövlət büdcəsini mümkün qədər rasional şəkildə xərcləməklə xidmətlərin keyfiyyəti və əlçatanlığının qorunub saxlanılması bizim öhdəliyimizdir. Bunun üçün ən effektiv mexanizmlərdən biri diaqnozla əlaqəli maliyyələşdirmə modelidir (DRG). Biz artıq bir neçə seçilmiş klinikada DRG-nin tətbiqinin pilot layihəsinə başlamışıq. 2022-ci ilin sonuna qədər sistem bütün klinikalarda tətbiq olunmaq üçün tam hazır olacaq” -deyə Zurab Azaraşvili bildirib.