Zurab Azaraşvili - iyun ayından sosial cəhətdən həssas uşaqlara təyin olunmuş müavinət 100 laridən 150 lariyə, növbəti ildən isə 200 lariyə yüksələcək
Zurab Azaraşvili - iyun ayından sosial cəhətdən həssas uşaqlara təyin olunmuş müavinət 100 laridən 150 lariyə, növbəti ildən isə 200 lariyə yüksələcək

 

2022-ci ilin iiyun ayından sosial cəhətdən həssas uşaqlara təyin olunmuş müavinət 100 laridən 150 lariyə, növbəti ildən isə 200 lariyə yüksələcək. Beləliklə, 220,000-ə qədər benefisiar artan yardım alacaq-bu barədə bəyanatı Zurab Azaraşvili parlamentdə çıxışı zamanı verib.

Zurab Azaraşvilinin də qeyd etdiyi kimi, yaşayış minimumu üzrə reytinq balı 120 minə artırılıb, müvafiq olaraq bu yardımı alanların sayı da artıb.

“Fikrimizcə bu addımlar uşaqların kəskin yoxsulluğunu əhəmiyyətli dərəcədə azaldacaq. Təbii ki, qərarlarımız bir tərəfdən, pandemiyanın sosial cəhətdən həssas ailələrə vurduğu zərərin yüngülləşdirilməsinə, digər tərəfdən sosial cəhətdən həssas ailələrin əmək qabiliyyətli üzvlərinin əmək bazarında iqtisadi aktivləşdirilməsinə yönəldilib”- deyə səhiyyə naziri bildirib.

Parlamentdə çıxışı zamanı Zurab Azaraşvili sosial cəhətdən həssas təbəqələrin iqtisadi vəziyyətinin yoxlanılmasından da danışıb. Onun sözlərinə görə, ölkədə COVID-19-un yayılmasından dolayı 2020-ci ildən moratorium qüvvəyə minib, moratorium çərçivəsində də sosial cəhətdən həssas ailələrin sosial-iqtisadi vəziyyəti yoxlanılmayıb və yenidən qiymətləndirilməyib. Müvafiq olaraq, ailələr öz reytinq xalını qoruyub saxlamış və sosial yardımın verilməsi fasiləsiz şəkildə davam edir.

“Bu müddət ərzində ünvanlı sosial yardım proqramına tədricən yeni ailələr əlavə edilir və ailələrin sistemdən axını dayandırılıb ki, bu da yaşayış minimumu alanların sayının artmasına səbəb olur. Aprel ayına olan göstəricilərə əsasən, təxminən 650 minə yaxın insan yaşayış müavinəti alır” – deyə səhiyyə naziri bildirib.