Zurab Abaşidze - Avropa Şurası ministerialı mövzusu ilə bağlı gərəksiz ajiotaj lazım deyil, hər şey qanuna və beynəlxalq öhdəliklərə hörmət edilərək, keçiriləcək

Rusiya ilə münasibətlət məsələlərində Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi olan  Zurab Abaşidze hesab edir ki, Avropa Şurasının nazirlər komitəsinin sessiyasının keçirilməsi məsələsi ilə bağlı gərəksiz ajiotaja ehtiyac yoxdur.

Onun dediyinə görə, mövzu ilə bağlı bütün suallara ehtimala görə, bu günün sonunda cavab veriləcək.

“Avropa Şurası ministerialı mövzusu ilə bağlı gərəksiz ajiotaj lazım deyil, hər şey qanuna və beynəlxalq öhdəliklərə hörmət edilərək, keçiriləcək. Gürcüstan isə, öz öhdəliyini yerinə yetirməlidir” – dedi Abaşidze.

Avropa Şurasının Nazir müavinləri komitəsi Avropa Şurasının nazirlər komitəsinin 130-cu sessiyasının keçiriləcəyi yer ilə bağlı qərar Strasburqda bu gün veriləcək.

Gürcüstan Avropa Şurasının cari ilin sədr ölkəsi olaraq, Avropa Şurası Nazir müavinləri komitəsinin 130-cu sessiyasına, 2020-ci ilin mayın 14-15-də ev sahibliyi etməlidir.