"Zeqi" şirkətinin direktoru bəyan edir ki, həlak olan Tamar Baçaliaşvilinin iş yerində heç bir problemi olmayıb
“Zeqi” şirkətinin direktoru Tamar Koberidze bəyan edir ki, həlak olan 23 yaşlı Tamar Baçaliaşvilinin iş yerində heç bir problemi olmayıb.
Tamar Koberidzenin dediyinə görə, ölən gənc qız şirkətin əməkdaşı idi və müxtəlif layihələr üzərində işləyirdi.
“Biz “autsortinq” şirkətiyik, Tamuna çox yaxşı bir işçi idi və bizimlə problemi olmayıb. Adi layihələr üzərində işləyirdi və digər 50 əməkdaşlardan fərqli işlə məşğul olmayıb. Bir neçə gün öncə işdən çıxacağını bildirdi və bazar günü gəlib şəxsi əşyalarını aparmalı idi. Tamunanın itdiyini öyrəndiyimiz andan etibarən, onun yaxınlarına medya vasitələrinə müraciət etmələrini də biz tövsiyyə edirdik” – dedi “Zeqi”-nin direktoru.