Zaal Udumaşvili - Nika Melianın imunitetinin dayandırılması demək deyil ki, onu həbs edəcəklər

“Gürcü Arzusu” eyni ssenari ilə oynayırm edir, bunu ikinci dəfə görürük, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Zaala Udumaşvili Nika Melianın deputat səlahiyyətinin dayandırılması ilə bağlı verdi.

Onun dediyinə görə, Nika Melianın imunitetinin dayandırılması, məhz onun həbs ediləcəyi demək deyildir.

Udumaşvili ehtimal edir ki, məhkəmə Nika Melianın həbs edilməsi qərarını verməyəcək.

“Biz burada, ofisdə olacağıq və buraya hücum edəcəklərsə, bu onların işidir, ancaq məncə iş oraya qədər çatmayacaq. Məncə, onlar məhkəmə prosesləri ilə bu işi başqa istiqamətə aparmağa çalışacaqlar. Misal üçün, məhkəmənin “nə qədər müstəqil” olduğunu göstərib, başqa bir cəza forması düşünəcəklər” – dedi Zaal Udumaşvili.