Zaal Udumaşvili - Heç bir dost ölkə və beynəlxalq təşkilat müxalifətə parlamentə girməyin deməz, çünki diplomatik dildə belə müraciət edilə bilməz
Heç bir dost ölkə və beynəlxalq təşkilat müxalifətə parlamentə girməyin deməz, çünki diplomatik dildə belə müraciət edilə bilməz, ancaq Dövlət Departamentinin bəyanatında seçkilərdə baş verən pozuntular da təsvir olunur, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Zaal Udumaşvili ABŞ Dövlət Departamentinin bəyanatını şərhləndirərkən verdi.
Udumaşvili qeyd etdi ki, o bəyanat Gürcüstan müxalifəti üçün bir növ mesajdır ki, gərəkən dəyişiklikləri əldə etmək üçünmüxtəlif institulardan istifadə etsinlər.
“Bu deməkdir ki, etirazımızı bildirməliyik. Etirazımız isə, parlamentə getməməkdir” – dedi Zaal Udumaşvili.