Zaal Udumaşvili - Bugün Gürcüstanın güclü müxalifəti var

Səkkiz ildir, eşidirik ki, “Milli Hərəkat” yox olmalıdır. İvanişvili ümumiyyətlə müxalifəti sevmir. Ancaq o nə qədər resurs xərcləsə də, sünii müxalifət yarada bilməyəcək, – bu bəyanatı “Milli Hərəkatın” üzvü Zaal Udumaşvili verdi.

Udumaşvilinin dediyinə görə, Bidzina İvanişvili siyasətdən getmir və sadəcə məsuliyyətdən baş qaçırdmağa çalışır.

“Üç nəfəri parlamentə daxil edib, müxalifət yaratmağa çalışdılar. İvanişvili yaxşı bilir ki, 31 oktyabr seçkilərində, millət ondan üz döndərdi və bəli, qorxur. Ona görə də, məsuliyyətdən qaçınmaq üçün, siyasətdən getdiyini bəyan edir. Ancaq istər burda, istər Londonda olsun, ölkədə baş verən hadisələrin məsuliyyətlisi Bidzina İvanişvilidir. Müxalifətimiz güclüdür və sünii şəkildə üçüncü qüvvə yaranmayacaq.

Onun müsahibəsinə qulaq asdım və elə bil ictimaiyyətə deyil, “Gürcü arzusuna” müraciət edirdi. O bir neçə dəfə təkrarladı ki, “Gürcü Arzusunun” üzvlərinin bir-biri ilə münaqişə etməsindən qorxur. İndiyə qədər o münaqişələri özü tənzimləyirdi, bundan sonra isə, aralarında hökm üçün münaqişələr başlayacaq və böyük ehtimalla iqtidar dağılacaq – dedi Zaal Udumaşvili.