Zaal Mikeladze - koronavirsdan sağalan üç pasiyent klinikanı bu gün tərk edəcək
Zaal Mikeladze - koronavirsdan sağalan üç pasiyent klinikanı bu gün tərk edəcək

Batumidə, “Medalfa” klinikasını koronavirsdan sağalan üç pasiyent bu gün tərk edəcək, – bu barədə Acara Səhiyyə naziri, Zaal Mikeladze bəyan etdi. Mikeladzenin açıqlamasına görə, təkrar analizlərin cavabı mənfidir.

“Az öncə təkrar testlərin cavabı məlum oldu, üç pasiyent kliniki olaraq sağlamdır və klinikanı bu gün tərk edəcək”, – Mikeladze bəyan etdi.

“Medalfa” klinikasında üç pasiyentin çıxmasından sonra virusa yoluxmuş doqquz pasiyent qalacaq.