Yuri Luik - NATO və Gürcüstan işləməyə davam etməlidirlər ki, bir gün sizi NATO-nun üzvləri kimi salamlayaq
Estoniyanın Müdafiyə Naziri Yuri Luik bəyan edir ki, NATO və Gürcüstan birgə çalışmalarını intensiv şəkildə davam etdirməlidirlər.
Bu barədə bəyanatı Estoniyalı nazir Londonda, NATO-nun liderlər görüşü çərçivəsində keçirilən tədbirlərdən birində, Birinci Kanala müsahibə verərkən bəyan etdi.
“Çox əhəmiyyətlidir ki, Gürcüstan və NATO arasında sıx əməkdaşlıq davam etdirilsin. Gürcüstan hazırda alyansın xüsusi partnyorudur, bunu NATO da elan etdi və əməkdaşlıq davam etməlidir ki, gələcəkdə sizi NATO-nun tam üzvləri kimi salamlayaq” – dedi Yuri Luik.