Koronavirus tədbirlərinə görə, yolçular hava limanına üç saat öncə getməli olacaqlar

“Gürcüstanın Hava Limanları Birliyinin” rəhbəri Tamar Arçuadzenin bəyanatına görə, hava limanında tibbi maskanın taxılmasına, dezinfeksiaya və sosiyal məsafənin qorunmasına və yolçuların termoskrininqinə böyük diqqət yetiriləcək.

Onun dediiynə görə, yolçular hava limanına üç saat əvvəl getməli olacaqlar, səbə isə, COVİD-19 pandemiyasına görə, təyin edilən tədbirlərdir.

Arçuadzenin dediyinə görə, Gürcüstanın bütün hava limanlarında xüsusi ventilyasiya sistemi qoyulacaq, hansı ki,  bayırdan təmiz havanın daxil olmasını təmin edəcək.

“Hava limanın daxil olmadan öncə, yolçuların temperaturu, tibbi maska taxdığı və sosiyal məsafəyi qoruduğu yoxlanacaq. Digər bütün prosedurlar əvvəlki kimi keçiriləcək. Sadəcə olaraq, bütün prosedurların qornması üçün, yolçu hava limanına üç saat əvvəl gəlməli olacaq” – dedi Tamar Arçuadze.