Yens Stoltenberq Salome Zurabişvilini prezident seçilməsi ilə təbrik edir
Yens Stoltenberq Salome Zurabişvilini prezident seçilməsi ilə təbrik edir

NATO-nun baş katibi, Yens Stoltenberq Gürcüstanın yeni prezidenti, Salome Zurabişvilini prezident seçilməsi ilə təbrik edir.

Brüsseldə bu gün keçirilən mətbuat konfransında Stoltenberqə Gürcüstan prezident seçkiləri barəsində beynəlxalq müşahidəçilər tərəfindən ifadə edilən fikirlərlə bağlı sual verdilər.

Suala cavab olaraq Stoltenberq bəyan etdi ki, Gürcüstan prezident seçkilərində NATO-nun müşahidəçiləri olmayıb.

“Gürcüstanın yeni prezidentini təbrik edirəm. Bu seçkilərdə bizim müşahidəçilərimiz olmayıb. Hesab edirəm, müşahidəçilər üçün seçki prossesi əlçatarlı idi”, – Yens Stoltenberq bəyan etdi.