Yens Stoltenberq Rusiya və Suriyə prezidentlərini İdlib əyalətində hərbi əməliyyatları dayandırmağa çağırır

NATO-nun baş katibi Yens Styoltenberq Rusiya və Suriyə prezidentlərinə müraciət edərək, onlardan İdlib əyalətində hərbi əməliyyatın dərhal dayandırılmasını tələb edir.

“İdlibdə yaranan vəziyyətə görə həddindən artıq narahatam. Görürəm ki, minlərlə insan oradan qaçqına çevrildi. Dinc vətəndaşların hərəkət etdiyi yerlərin bombalandığını görürəm və bunu sərt şəkildə qınayıram. Ona görə də, Bəşər Əsədə və ona yardım edən Rusiyaya müraciət edirəm, bu hücumu dayandırsınlar və beynəlxalq qanun vericiliyinə hörmət etsinlər” – dedi NATO baş katibi.

Dekabr ayının əvvəlindən İdlib və Aleppoyu 689 nəfər tərk etdi.