Yens Stoltenberq - Gürcüstanda bu gün hərzaman olduğundan daha çox NATO var
NATO baş katibi Yens Stoltenberqin bəyanatına görə, 2008-ci ildə Buxarest sammitində qəbul edilən qərar qüvvədədir və Gürcüstan və Ukrayna mütləq alyansın üzvləri olacaqlar, – bu barədə bəyanatı Stoltenberq Londonda, NATO konfransında verilən suallardan birini cavablandırarkən verdi.
Yens Stoltenberq bu ölkələrin NATO-ya üzv olma tarixlərini dəqiqləşdirmir və deyir ki, NATO Gürcüstan və Ukraynaya avro-atlantik yola doğru getməyə yardım edir.
“2008-ci ilin Buxarest sammitində şəxsən iştirak edirdim. Bu ölkələrin NATO-ya üzv olmalarının dəqiq tarixinə biz qərar vermirik. Biz hazırda Gürcüstan və Ukraynaya ölkələrindəsi islahatların həyata keçirilməsində və demokratik institusiyalarının modernizasiyasında yardım etməyə çalışırıq. Gürcüstanda bu gün hər zamankindən daha çox NATO var. Gürcüstanla intensiv komunikasiyadayıq. Bu yaxınlarda özüm də ordaydım. Həmçinin Ukraynaya da getdim. Biz hər iki ölkəyi də dəstəkləyirik və bu NATO üçün də yaxşıdır, çünki Gürcüstan və Ukrayna alyansın hərbi missiyalarında iştirak edirlər” – dedi Yens Stoltenberq.