Yeni tədris ili, qarışıq model ilə başlaya bilər və onlayn-təhsil də qüvvədə qala bilər
Yeni tədris ili, qarışıq model ilə başlaya bilər və onlayn-təhsil də qüvvədə qala bilər

Yeni model haqqında düşünürük, hansı ki, eyni zamanda, həm onlayn-dərsləri, həm sinif dərslərini nəzərdə tutur. Bu iki metodun balanslaşdırılmış istifadəsi ilə, təhsil prosesinin təhlükəsiz şəkildə başalması və davam etməsi mümkündür, – bu barədə bəyanatı Səhiyyə Nazirinin müavini Tamar Qabunia verdi.

Onun dediyinə görə, hələlik epid-vəziyyət tamamən nəzarətə tabedir.

“Aşkarlanan virus hallarının əksəriyyəti import edilib.  Təhsil prosesinin başlamasına gəlincə isə, riskləri gözləmək üçün əsasımız yoxdur, ancaq hər ehtimala qarşı hazırıq” – dedi Tamar Qabuniya.

Onun dediyinə görə, məktəblərlə bağlı rekomendasiyalar bu günlərdə hazır olacaq və ictimailləşdiriləcək.