Yeni il qabağı Tbilisi metrosunda qatarların hərəkətinin intervalı azaldılacaq
Yeni il qabağı Tbilisi metrosunda qatarların hərəkətinin intervalı azaldılacaq

Sərnişinlərin xidmətinin yaxşılaşdırılması və əngəllər olmadan hərəki məqsədi ilə, Tbilisi Nəqliyyat Şirkətinin qərarı ilə, Tbilisi metrosunun birinci xəttində (Axmeteli teatrı – Varketili) pik saatlarında qatarların hərəkətinin intervalı azaldılacaq.

Tbilisi Meriyasının məlumatına görə, dekabrın 21-dən yeni ilə qədər, Tbilisi metrosunun birinci xəttinə saat 08: 00-dan 11: 00-dək və 17: 00-dan 20: 00-dək iki əlavə tərkib artırılacaq.

Qatarlar üç dəqiqəlik intervalla işləyəcək. Bundan başqa, 30-31 dekabrda, Tbilisi metropoliteni şənbə bazar cədvəli əvəzinə iş günləri cədvəli və intervalı ilə işləyəcək.