Sentyabrın 15-dən, metroda qatarı gözləmək vaxtı 3 dəqiqəyə qədər azaldılacaq
Sentyabrın 15-dən, metroda qatarı gözləmək vaxtı 3 dəqiqəyə qədər azaldılacaq

Tbilisidə metro qatarlarının hərəkat intervalı sentyabrın 15-dən üç dəqiqəyə qədər azalacaq, – bu barədə məlumatı Tbilisinin meri Kaxa Kaladze bugünki iclasda verdi.

Mer ictimai nəqliyyatın qaydaya salınmasının zərurəti haqında danışdı və qeyd etdi ki, sentyabrın 15-dən yolçular axını ikiqat artacaq.

“İnsanlar tatildən qayıdana qədər və yolçu axını iki-üç qat artana qədər, paytaxtda ictimai nəqliyyat hərəkatını qaydaya salmalıyıq” – dedi Kaxa Kaladze.

Kaxa Kaladzenin dediyinə görə, ən çox yolçu metro ilə hərəkət edir və ilk tədbirlər metrolardan başlayacaq.

“Əgər insanlar pik saatlarında metro qatarını 5 dəqiqə gözləyirdilərsə, bundan sonra, sadəcə 3 dəqiqə gözləməli olacaqlar” – dedi paytaxtın meri.