Yanoş Herman - Avropa İttifaqının yardımı bir çox gürcünün həyatına müsbət təsir göstərir
Yanoş Herman - Avropa İttifaqının yardımı bir çox gürcünün həyatına müsbət təsir göstərir

Avropa İttifaqının Gürcüstandakı səfiri, Yanoş Herman və Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze, Hüquqi Yardım Xidmətinin direktoru Meliton Benidze Kutaisidə, Hüquqi Yardım Xidmətinin 10 illik yubileyini qeyd etdilər. Onlar, 150 mininci benefisiyarı, David Cancğavanı huquqi məsləhətləşmədən uğurla yararlanmasını təbrik etdilər.

Avropa İttifaqının Gürcüstandakı səfirinin dediyinə görə, Avropa İttifaqı Hüquqi Yardım Xidmətini, yaradılmasının birinci günündən dəsətkləyir.

“Bizim məqsədimizdir ki, hər bir gürcü üçün, onların sosial-iqtisadi statusuna baxmayaraq, yüksək səviyyəli hüquqi məsləhətləşmə əlyetərli olsun. David Cancğavanın nümunəsi deməkdir ki, Avropa İttifaqının yardımı bir çox gürcünün həyatına müsbət təsir göstərir. Müvafiq olaraq, biz gələcəkdə də işlərimizi davam etdirəcəyik”, – Yanoş Herman bəyan etdi.

Öz növbəsində, Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze, qeyd etdi ki, Hüquqi Yardım Xidməti mühüm işə, insan hüquqlarının müdafiəsinə xidmət edir.

 

 

“Hüquqi Yardım Xidməti 10 il ərzində, 150 min insana hüquqi yardım göstərdi. Bu isə böyük göstəricidir. Xidmətin inkişafına xüsusi diqqət yetirilməlidir. Parlament, Hüquqi Yardım Xidmətinin gücləndirilməsi üçün hər şeyi edəcəkdir. Hər bir partnyora, o cümlədən beynəlxalq partnyorlara və özəlliklə də Avropa İttifaqına, xidmətin inkişafına etdikləri töhfələr üçün minnətdarlığımı bildirirəm”, –  İrakli Kobaxidze bəyan etdi.

Bununla yanaşı, Hüquqi Yardım Xidmətinin direktoru Meliton Benidze son 10 il ərzində Hüquqi Yardım Xidmətinin nailiyyətləri haqqında söhbət etdi.