Yanıq Mərkəzinin rəhbəri bəyan edir ki, pirotexnikadan istifadə nəticəsində altı nəfər zərər görüb
Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadzenin bəyanatına görə, dünən gecə, pirotexnikadan istifadə nəticəsində altı nəfər zərər görüb.
Onların arasında uşaqlar və yeniyetmələr var.
Kaşibadzenin dediyinə görə, pasientlərin sağ əlləri və üzləri zədələnib.
“Dünən pirotexnikadan xəsarət alan dörd pasientimiz var idi, bugün yenə ikisi gəldi. Onların dördü uşaqdır, ikisi isə, yeniyetmə. Pasientlər çox ciddi zərər görməyiblər. sadəcə sağ əlləri və üzləri biraz zədələnib” – deyib Yanıq Mərkəzinin rəhbəri Birinci Kanal ilə söhbət zamanı.