Yanğınsöndürən-xilasedicilər iyunun 13-də həlak olanların xatirəsini ehtiramla yad ediblər
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin Yanğın- xilasetmə Qüvvələrinin İdarəsinin əməkdaşları iyunun 13-də həlak olanların memorialına gedərək, onların xatirələrini ehtiramla yad ediblər.
Məlumatı Fövqəladə Halların İdarə Olunması Xidməti yayır.
“Yanğınsöndürən-xilasedicilər memorial qarşısında 7 il əvvəl qəhrəmancasına həlak olmuş, xilasetmə əməliyyatı zamanı 6 nəfərin həyatını xilas etməyə müvəffəq olmuş, lakin özünü təhlükəsiz yerə çıxara bilməyən yoldaşları, Zurab Muzaşvilini bir daha xatırlayıblar.
Fövqəladə Halların İdarə Olunması Xidməti 13 iyun faciəsi zamanı reaksiya verən əsas orqan olub və onun əməkdaşları bütün gecə boyu fəlakətin episentrində aktiv şəkildə işləyiblər. Yanğınsöndürən-xilasedicilər ilkin reaksiya tədbirləri ilə yanaşı, bir neçə həftə ərzində fəlakətin nəticələrinin aradan qaldırılması, axtarış və bərpa işlərinə qoşulmuşdular” -deyə Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatında qeyd olunub.