Xidmət Agentliyi mopedlərin, yüngül kvadrosikllərin və yüngül motosikllərin ilkin qeydiyyatının sadələşdirilmiş qaydalarının qüvvəyə minməsi ilə bağlı bəyanat yayır
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən qanunvericilik dəyişikliyinə əsasən, mopedlərin, yüngül kvadrosikllərin və yüngül motosikletlərin ilkin qeydiyyatı üçün sadələşdirilmiş qayda qüvvəyə minib. Daxili İşlər Nazirliyinin (DİN) Xidmət Agentliyi bununla bağlı məlumat yayır.
Agentlikdən verilən məlumata görə, qanunvericilik dəyişikliyinə əsasən, maraqlanan şəxs Daxili İşlər Nazirliyinin xidmət agentliyində moped , yüngül kvadrosikl və mühərrikinin həcmi 50 kub sm-dən çox olmayan və maksimal tutumu 4 kVt. olan yüngül motosikli ilkin qeydiyyatdan keçirən zaman gömrük öhdəliyinin yerinə yetirilməsini təsdiq edən sənədin təqdim edilməsinə ehtiyac duymayacaq.
“Bununla yanaşı, əgər maraqlanan şəxs nəqliyyat vasitəsinin mülkiyyət hüququnu təsdiq edən sənədi agentliyə təqdim edə bilmirsə, o zaman ilkin qeydiyyat onun yazılı müraciəti əsasında aparılacaq və bununlada o nəqliyyat vasitəsinin mülkiyyət hüququnu təsdiq edəcək” – deyə məlumatda bildirilir.
AM kateqoriyalı nəqliyyat vasitələrinin qeydiyyatı martın 28-dən məcburi edildi.