Volodimir Zelenski Niderlanda rəsmi səfərə gedib
Volodimir Zelenski Niderlanda rəsmi səfərə gedib

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanda rəsmi səfərə gedib.

Ukrayna prezidentinin mətbuat katibinin sözlərinə görə, Zelenski Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin sədri ilə də görüşəcək.

Medianın məlumatına əsasən, Volodimir Zelenski artıq Senatın rəhbəri Yan Entoni Bruinlə danışıqlar aparıb. Bundan əlavə, o, Niderlandın Baş naziri Mark Rutte ilə görüşməyi və hərbi hava qüvvələri bazasına baş çəkməyi planlaşdırır.

Bundan əlavə, medianın yazdığına əsasən, Ukraynadakı baş verən proseslər fonunda Volodimir Zelenskinin Niderland Senatında dünya sülhü məsələsi ilə bağlı nitqlə çıxışı planlaşdırılır.

Ukrayna Prezidenti  Şimali Avropa ölkələrinin liderləri və Zelenskinin iştirakı ilə sammitin keçirildiyi Finlandiyadan Niderlanda gəlib.