Volqoqrad vilayətində hərbi hissənin ərazisində yanğın baş verib
Volqoqrad vilayətində hərbi hissənin ərazisində yanğın baş verib

 
Rusiyanın Volqoqrad vilayətində hərbi hissənin ərazisində yanğın baş verib. Rus mediasının yaydığı məlumatda yanğının silah anbarlarına keçdiyi və bunun sursatların partlamasına səbəb olduğu deyilir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hərbi hissədə yanğın gecə saat birdə başlayıb. Yanğın təxminən dörd saat ərzində söndürülüb.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun qeyd etdiyi kimi, yanğın Fövqəladə Hallar və Müdafiə Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Qubernator yanğın nəticəsində heç kimin xəsarət almadığını açıqlayıb.