Vladimer Putin - Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini elan etdi, ancaq, Qarabağla bağlı bunu etməmişdi və bu faktın son hadisələrə böyük təsiri oldu
Qarabağın son statusu müəyyənləşdirilməyib, biz razılaşdıq ki, bugün mövcud olan vəziyyəti, status-kvoyu qoruyuruq, sonradan nə olacağına isə, gələcəkdə iki tərəfin liderləri tərəfindən qərar veriləcək – bu bəyanatı Rusiya prezidenti Vladimer Putin rus medyasının suallarını cavablandırarkən verdi.
“Mənim fikrimcə, orada yaşayan insanlar arasında məişət səviyyəsində, normal həyat üçün şərait yaransa, Qarabağın statusu da ona görə müəyyənləşdiriləcək.
Qarabağın müstəqilliyinin elan edilməsinə gəlincə isə, heç Ermənistan tərəfindən də bugünə qədər Qarabağın müstəqilliyi elan edilməmişdi.
Misal üçün öz zamanında, biz Gürcüstanın sabiq iqtidarının cinayətkar hərəkətlərinə görə, Osetiya və Abxaziyanın müstəqilliyin elan elan etdik. Biz Krımı da elan etdik, çünki orada yaşayan insanlar Rusiya tərkibində olmaq istəyirdilər.
Bunu kimlərsə bəyənməyə bilər, ancaq, biz həm orada yaşayan insanların, həm də Rusiyanın maraqlarını nəzərə alaraq, müvafiq qərarlar verdik və bu barədə açıq şəkildə söhbət etməkdən çəkinmirik.
Qarabağın müstəqilliyini elan etməmişdik və son baş verən hadisələrə də bunun böyük təsiri oldu” – dedi Putin.