Vladimer Putin bəyan edir ki, Çeçenistandan keçərək, Gürcüstana gedən yolun inşaatı Rusiyanın Nəqliyyat Nazirliyinin layihələri arasına daxil deyil

Rusiya prezidenti Vladimer Putin bəyan edir ki, Çeçenistandan keçərək, Gürcüstana gedən yolun inşaatı Rusiya Nəqliyyat Nazirliyinin layihələrinə daxil deyil.

Söz edilən yolun inşaatı ilə bağlı sual Putinə bu günki  mətbuat konfransında verildi.

“O yolun inşaatı haqqında nə düşünürsünüz və Rusiya və Gürcüstan üçün onun nə qədər sərfəli olacağını düşünürsünüz?” – bu sual ilə jurnalist Putinə müraciət etdi.

Rusiya prezidentinin dediyinə görə, yolun inşaatı yaxşı ideyadır və onun həyata keçirilməsi mümkündür.

“Gürcüstanla komunikasiya həqiqətən də problemlidir, xüsusi ilə də qışda, qar olan zamanı. Sizin dediyiniz yaxşı ideyadır, ancaq belə bir layihə Rusiyanın Nəqliyyat Nazirliyinin layihələri arasında yoxdur. Ancaq, dediyim kimi, əslində bu ideyanın həyata keçirilməsi mümkündür – dedi Vladimer Putin.