Video material - Beri Qabriel küçəsinə əlavə qüvvələr daxil edilir

Tbilisidə, Beri Salos Qabriel küçəsinə, xüsusi əməliyyat yerinə əlavə qüvvələrin səfərbərliyi davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-terror Departamenti tərəfindən, Beri Qabriel küçəsində keçirilən xüsusi əməliyyat nəticəsində bir nəfər yaxalandı, başqalarının yaxalanması üçün xüsusi əməliyyat isə davam edir.

DTX-nin ilkin məlumatına görə, qeyd olunan şəxslər Gürcüstan vətəndaşları deyillər və terror təşkilatının üzvləridirlər.

Cinayətkar qrupun üzvləri odlu silahdan atəş açdılar və əlqumbaraları atdılar. Atəş nəticəsində, Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Əməliyyat Departamentinin bir əməkdaşı yaralandı.

Hazırda qeyd olunuan şəxslərin kimliyinin tam müəyyənləşdirilməsi həyata keçirilir. Onların güman edilən əlaqələrinin müəyyənləşdirilməsi məqsədi ilə, Gürcüstanda, eləcədə onun kənərında istintaq əməliyatları davam edir”,- DTX-də bəyan edirlər.