Vəkil - "Leoqrand" yanğın söndürən sistemlərin qaydada olmamasına görə, bir neçə ay bundan öncə cərimələnmişdi
Vəkil - "Leoqrand" yanğın söndürən sistemlərin qaydada olmamasına görə, bir neçə ay bundan öncə cərimələnmişdi

“Leoqrand” yanğın söndürən sistemlərin qaydada olmamasına və evakuasiya planının olmamasına görə, bir neçə ay bundan öncə cərimələnmişdi” – bu barədə bəyanatı “Leoqrandın” vəkili Kaxaber Tsereteli verdi.

Onun dediyinə görə, mehmanxanada təhlükəsizlik normaları qorunmuşdu.

“Mehmanxana menecmenti ekspertiza nəticələrini gözləyir. Mehmanxana bir neçə ay bundan öncə, yanğın söndürən sistemin və evakuasiya planının olmamasına görə, 100 lari ilə cərimələnmişdi. Şirkət ölənlərin ailələrinə gərəkən yardımı edəcək” – dedi Kaxaber Tsereteli.

Qeyd edək ki, “Leoqrandın” sahibi Erol Evgören elə bugün bəyan etmişdi ki, yanğın söndürmə sistemləri ilə bağlı mehmanxana heç vaxt cərimələnməyib.

Batumidəki “Leoqrand” mehmanxanasında baş verən yanğın zamanı 10 nəfər öldü.

 

Şərh yaz